Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts inəklər üçün "iqlim peyvəndi" hazırlayır.

Sozcu.az xəbər verir ki, kənd təsərrüfatı sektorundan istixana qazı emissiyalarını azaltmaq üçün texnologiyanın inkişafında qabaqcıl olan "Arkea Bio Corp" artıq yeni bir peyvənd hazırlamağa başlayıb və A seriyası üçün 26,5 milyon dollar vəsait toplayıb.

Bildirilib ki, "ArkeaBio" gövşəyən heyvanlardan (buynuzlu mal-qara, qoyun və keçilər daxil olmaqla) metan emissiyalarını kəskin şəkildə azaltmaq üçün innovativ peyvənd hazırlayır və peyvəndlərin qlobal ət və süd istehsalının sürətlə karbonsuzlaşdırılmasında sərfəli həllərdən biri olacağını gözləyir.

Məlumata görə, "ArkeaBio" ilk böyük sərmayəsini 2022-ci ilin sonunda amerikalı iş adamı Bill Qeyts tərəfindən təsis edilmiş "Breakthrough Energy Ventures" investisiya fondundan alıb.

Dünya İqtisadi Forumu (WEF) planı dəstəkləyərək, bunun "iqlim böhranına mühüm cavab" olduğunu bildirib.

Britaniyanın əczaçılıq nəhəngi "GlaxoSmithKline" (GSK) dekabr ayında öz saytında yazıb ki, "İqlim dəyişikliyi qarşısında vaksinlər kritik, lakin qiymətləndirilməmiş rol oynayır".

Qeyd olunub ki, koronavirus peyvəndinin istehsalçısı olan "AstraZeneca" şirkəti də öz iqlim vaksinlərinin istehsalında iştirak etmək istəyir.

Share on Facebook