Benzemadan rəhbərliyə şikayət etdi - Fransalı məşqə qatılmadı

"Əl-İttihad"ın yeni transferi Kərim Benzema ilə baş məşqçi Nunu Eşpiritu Santu arasında fikir ayrılığı yaranıb.

Sozcu.az-ın xəbərinə görə, Səudiyyə Ərəbistanının "Asharq Al-Awsat" nəşri yazıb ki, portuqaliyalı mütəxəssis rəhbərliyə 35 yaşlı futbolçunun onun taktiki tərzinə cavab vermədiyini bildirib. Daha əvvəl məşqçi, ümumiyyətlə, Benzemanın transferinə qarşı çıxıb.

Bundan başqa Benzema komandanın kapitanlığını ona həvalə olunacağını gözləsə də, bu, baş verməyib.

Daha bir xəbərə görə, fransalı futbolçu komandanın son məşqində iştirak etməyib. Ərəb mətbuat bunu futbolçu ilə məşqçi arasında soyuq münasibətlə əlaqələndirib.

Share on Facebook