Bayramovla Blinken arasında görüş başladı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında qeyd edilib.

Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

Share on Facebook