Bayram günü faciəvi şəkildə vəfat edən Elmirin FOTOSU

Martın 21-də Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Kiçik Qaramurad kəndində "KIA" markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

E. Nağıyev sözügedən kənddə orta məktəbin 7-ci sinfində oxuyurmuş. 

Faktla bağlı araşdırma aparılır. 

Share on Facebook