ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı həbsxana fotosuna münasibət bildirib.
Sozcu.az xəbər verir ki, o, Trampı "yaraşıqlı oğlan" adlandırıb.
"Yaraşıqlı oğlan, gözəl oğlan", - Bayden deyib .
Prezident televiziyada Trampın şəklini gördüyünü deyib.
Xatırladaq ki, avqustun 25-də Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı rəsmi həbs prosedurundan keçib və sonrakı məhkəmə prosesləri üçün həbsxanada foto çəkdirib. Ağ Evin keçmiş rəhbəri 200 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.