Bayden Putini məsxərəyə qoydu və Rusiyanın Ukraynaya qarşı savaşda uduzduğunu açıqladı...

O deyib ki, Putinin Ukraynaya genişmiqyaslı işğalla bağlı əsaslandırması “gülməli”dir.

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya genişmiqyaslı işğala başlamazdan əvvəl qarşıya qoyduğu məqsədlərə çatmaq şansının olmadığını və müharibəni uduzduğunu deyib.

Sozcu.az xəbər verir ki,  “CNN”-in yaydığı məlumata görə, Bayden bunu Yaponiyanın baş naziri Fumio Kisida və Cənubi Koreya prezidenti Yun Suk Yol ilə üçtərəfli sammitdən sonrakı çıxışı zamanı deyib.

ABŞ prezidenti deyib ki, Rusiya diktatoru Putinin Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı arqumenti “gülməli”dir.

"Rusiya artıq uduzub. O, bəyan etdiyi ilkin məqsədinə çata bilmir. Bu, mümkün deyil..."- deyə ABŞ lideri bildirib.

Bundan əlavə, o, qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzünün nəticələri Avropadan çox-çox kənara çıxır.

"Təsəvvür edin, əgər biz heç nə etməsəydik... Və bu dərhal aydın oldu ki, ... bunun hər yerdə baş verə biləcəyi bir vəziyyətdəyik. Biz dayansaq, bu, Tayvanla bağlı Çinə hansı siqnal olacaqdı? Bütün dünya üçün hansı siqnal olacaqdı?" "-  deyə ABŞ prezidenti sual edib.

Bayden bildirib ki, Rusiya İkinci Dünya Müharibəsindən sonra belə görünməmiş  bir miqyasda müharibə aparıb, ona görə də bu, təkcə Avropanın problemi deyil.

O, həmçinin Tokionun Rusiya təcavüzü ilə bağlı mövqeyini qeyd edib və bəyan edib ki, Yaponiya “həmçinin “G7”-də güclü liderlik nümayiş etdirib və Ukraynaya maliyyə və humanitar yardıma, eləcə də qeyri-öldürücü hərbi texnika ilə (təmin etmək) yardıma mühüm töhfə verib”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyasının Ukraynaya yardımın artırılması xahişi ilə Konqresə müraciət etdiyi bildirilirdi.

Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin NATO-nun Ukraynanın ərazilərdən imtina edərək Alyansa qoşulması imkanlarını müzakirə etmədiyini daha əvvəl xəbər vermişdik.

Share on Facebook