Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə yardımı davam etdirməyi lazım bilməyən amerikalılara müraciət edib.
Sozcu.az xəbər verir ki, o, bu barədə ABC Nyus telekanalına müsahibəsində qeyd edib.
“Əgər müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni ərazilərimizdən imtina etməyimizdən danışırıqsa, düşünürəm ki, Bayden bu şəkildə müharibəni beş dəqiqəyə də bitirə bilər”, - o bildirib.
Onun sözlərinə görə, Kiyev buna razı olmazdı.