Baxmutdakı duruma aydınlıq gətirilib: “Ukrayna qoşunları Baxmutu tərk etmir”

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirməyib, Ukrayna qoşunlarının yaşayış məntəqəsindən kütləvi çəkilməsi baş vermir.

Bu barədə Ukrayna Şərq qruplaşmasının nümaynədəsi Sergiy Çerevatı CNN-ə şərhində bildirib.

“Baxmutdakı döyüşlər əsasən ətrafda aparılır, şəhərin özü isə Ukrayna müdafiə qüvvələrinin – Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidmətinin və Milli Qvardiyanın nəzarəti altındadır...”, - S. Çerevatı vurğulayıb.

Onun sözlərinə görə, şəhərdən “Ukrayna qoşunlarının kütləvi çıxarılması da yoxdur”.

Bəzi bölmələrin geri çəkilməsi ilə bağlı məlumatlara aydınlıq gətirən hərbçi qeyd edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını gerçəkləşdirir.

S. Çerevatının dediyinə görə, şənbə gününə olan vəziyyətə görə, döyüş əməliyyatları Baxmut ətrafında, şəhərin şimalında Vasyukivka və Dubovo-Vasilivka kəndlərində, qərbində isə İvanivske və Boqdanivka kəndlərində aparılıb.

Qruplaşmanın nümayəndəsi sadəcə Baxmut yaxınlığında qarşı tərəfin müxtəlif artilleriya sistemi və RYAS istifadə etməklə 21 dəfə atəşə tutduğunu, həmçinin 9 döyüş toqquşmasının olduğunu diqqətə çatdırıb:

“Ümumilikdə bu cəbhədə 131 atəşə tutulma və 38 döyüş toqquşması olub”.

O bildirib ki, 150-dən çox rusiyalı hərbi qulluqçu zərərsizləşdirilib, 239 yaralanıb, 3 nəfər isə əsir düşüb.

Share on Facebook