Baxmut istiqaməti - afərin, döyüşçülər! - Zelenski

Rusiya Ukrayna ordusunun Donetsk bölgəsindəki uğurlarını isterik şəkildə qəbul edir.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Baxmut istiqaməti - afərin, döyüşçülər! Biz Rusiyanın orada bizim hər addımımızı, bütün mövqelərimizi necə isterik şəkildə qəbul etdiyini görürük. Düşmən Ukraynanın qalib gələcəyini bilir. Onlar bunu görürlər. Bunu döyüşçülərin və xüsusən də sizin zərbələriniz sayəsində hiss edirlər. Donetsk vilayətinə bunun üçün təşəkkür edirik", - Zelenski vurğulayıb.

Qeyd edək ki, Ukrayna ordusunun Baxmutda 2 kilometrə yaxın irəlilədiyi barədə xəbərlər yayılıb.

Share on Facebook