“Barselona” Messini qaytarmaq istəyir - sərfəli müqavilə təklif edir

“Barselona” Lionel Messiyə kluba keçidlə bağlı təklif hazırlayır.

Bu barədə “Fox Sports”un əməkdaşı Veronika Brunati açıqlama verib. Onun sözlərinə görə, hazırda PSJ-nin hücumçusu olan Messiyə 2025-ci ilə qədər 1+1 sxemi üzrə müqavilə təklif olunacaq. Son məlumatlara görə, Messi Robert Levandovskinin aldığı maaş qədər maaş alacaq.

Bundan başqa Messiyə klubun sponsorluq gəlirinin bir faizi təklif olunacaq. “Barselona” həmçinin argentinalı üçün tam dolu “Kamp Nou” stadionunda vida matçı təşkil etməyi də planlaşdırır.

Lionel Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır. Klub hücumçudan imtina etməyə hazır olduğu bəyan edib.

Share on Facebook