Mayın 17-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını itirməsi və həmin gün marketlərin birində həmin kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Müşfiq Qədimov müəyyən olunaraq saxlanılıb.
Digər əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Yusubov da saxlanılıb.
Araşdırma aparılır.