Balakəndə usta faciəvi şəkildə öldü

Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb.

Sozcu.az xəbər verir ki, hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Usta baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook