Bakının BU prospektində çuxur yarandı -4 avtomobil...

Bakınln Yasamal rayonunda yol ötürücüsündə çuxur yaranıb.

Sozcu.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsində qeydə alınıb.

Yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib. Ümumilikdə 4 avtomobilə ciddi ziyan dəydiyindən həmin sürücülər polisə məlumat verib.

Digər maşınlara zərər dəyməsin deyə onlar yüksək sürətli şosedə dayanaraq sürücüləri digər zolağa yönləndiriblər. Hazırda sözügedən şosedə sıxlıq yaranıb. Qələbə dairəsindən Koroğlu istiqamətinə hərəkət edən sürücülərin diqqətli olması tövsiyə edilir.apa

Share on Facebook