Bakıdan Xırdalana metro çəkilir? - Rəsmi açıqlama

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur. 

Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib. 

"Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - Komitə sədri vurğulayıb. 

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunan dövrədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulub. 

Share on Facebook