Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda fəaliyyət göstərən taksi xidmətlərində bahalaşma müşahidə edilir. 

Sozcu.az xəbər verir ki, taksi xidmətlərinin təxminən 30% bahalaşdığı bildirilir. 

Qiymətlərin bahalaşmasına səbəb kimi şəhərin mərkəzində baş tutan “Formula 1” yarışı göstərilir. Əsas səbəbin yarışların keçirildiyi yolların bağlı olması və buna görə benzin sərfiyyatının artması ilə əlaqəli olduğu deyilir. 

Qeyd edək ki, "Formula 1" yarışı aprelin 30-dək davam edəcək. 

Share on Facebook