Bakıda sürücü yol kənarındakı avtomobili və piyadanı vurub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu idarə etdiyi “AUDİ A6” markalı avtomobillə Xəzər rayon ərazisində əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub.

Piyada A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Share on Facebook