Bakıda təmir sexində yanğın baş verib.
Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus “Mercedes-Benz” markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.
Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar.
Faktla bağlı araşdırma aparılır. /apa/