Bakıda ruhi xəstə itkin düşüb

Bakıda ruhi xəstə kişi itkin düşüb.

Sozcu.az xəbər verir ki, Novikov Yulian Denisoviç Pirallahı RPİ-nə ərizə ilə müraciət edərək onunla bir ünvanda yaşayan əmisi, ruhi əsəb xəstəsi, 1976-cı il təvəllüdlü Novikov Vladimir Lvoviçin mayın 15-də saat 06:00 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmadığını, itkin düşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook