Bakıda qadını vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutulub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Share on Facebook