Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakı şəhəri, Nəsimi rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib.

Sozcu.az xəbər verir ki, dünən 1985-ci il təvəllüdlü Yeganə Elçin qızı Babayeva idarə etdiyi BMV markalı avtomobil ilə Ceyun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən sürücü Kamran Əlsəfa oğlu Səmədovun idarə etdiyi mopedlə toqquşub.

Nəticədə 1995-ci il təvəllüdlü Kamran Səmədov hadisə yerində ölüb.

Faktla bağli Nəsimi RPİ-nin İstintaq Şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Share on Facebook