Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb.
Sozcu.az xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib.
O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı, 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.