Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş

Mayın 27-si axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsində ağır yol qəzası baş verib.

Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarə etdiyi mopedin yük avtomobilinə çırpılması nəticəsində ölən 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlunun şirkətlərdən birində işləməsi məlum olub. Belə ki, aqroparklardan birində aqronom kimi fəaliyyət göstərən Rasim mopedlə yaşadığı qəsəbədə hərəkətdə olarkən qəzaya düşüb.

Share on Facebook