Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, banklardan birinin filialından ümumilikdə 300 min manatdan çox pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsinə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanlıb.
Araşdırmalar davam edir.