Bakıda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib.

Sozcu.az-ın məlumatına görə, 8 noyabr prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abdulova Türkanə İlqar qızı, onun azyaşlı övladları 2021-ci il təvəllüdlü Abdulov Murad Səyahət oğlu və 2017-ci il təvəllüdlü Abdulova Nihan Səyahət qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.report

Share on Facebook