Bakıda 8 yaşlı uşağı yük avtomobili vuraraq ağır xəsarət yetirib

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az-ın məlumatına görə, yük avtomobili yolu keçən 2015-ci il təvəllüdlü Süleymanlı D. Q. oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.report

Share on Facebook