Bakıda 20 yaşlı gənci avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ziya Bünyadov prospektində avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Rasim Mürvət Rasim oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Share on Facebook