Bakıda 11 yaşlı oğlan bıçaqlandı

1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs qadına görə 11 yaşlı oğlanı bıçaqlayıb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 1983-cü il təvəllüdlü S.Həsənovla 2012-ci il təvəllüdlü Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb. Nəticədə o, 11 yaşlı oğlanın qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Share on Facebook