Bakının Nərimanov rayonunda döyülmə hadisəsi qeydə alınıb.
Sozcu.az xəbər verir ki, hadisə Əlibala çay evində baş verib.
Belə ki, 1986-ci il təvəllüdlü Abbasov İsmail Faik oğlu çayxanada hələlik naməlum şəxslə dava edən zaman başından xəsarət alıb. Tapançanın qundağı ilə başından xəsarətlər alan İ.Abbasov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.