“Azərbaycan əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləsə, Ermənistanla Azərbaycan arasında sülh sazişi 70% razılaşdırılmış sayıla bilər”.
Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı deyib.
“İndi çoxları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması şanslarının nə olduğunu qiymətləndirməyə çalışır. Mübaliğə olmaz ki, Azərbaycan artıq razılaşdırılmış şeyləri təsdiqləsə, işin 70%-ini artıq görülmüş saymaq olar”, - Paşinyan bildirib.
Paşinyan izah edib ki, burada söhbət, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünün təsdiqindən gedir.