8-13 noyabr tarixlərində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərməyəcək.
Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.
Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (Bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.