Azərbaycanlılar təzyiq altındadır - AP nümayəndələri

Avropa Parlamentinin nümayəndələri bu qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə məktub ünvanlayıb.

Sozcu.az xəbər verir ki, məktubu AP-nin 9 nümayəndəsi imzalayıb.

Məktub müəllifləri İranda 30 milyon azərbaycanlının yaşadığını, İran hakimiyyətinin onlara qarşı assimilyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını qeyd edib.

Nümayəndələr azərbaycanlıların milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar.

Müxtəlif ölkələrdən olan AP nümayəndələri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını da yazıblar.

Nümayəndələr, həmçinin, azərbaycanlıların ətraf mühit məsələlərində ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Share on Facebook