Azərbaycandan İsrailə dəstək BƏYANATI

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

Sozcu.az bəyanatı təqdim edir:

“Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”

Share on Facebook