Azərbaycanda ruhi xəstə o qədər dərman içdi ki, öldü

Masallıda ruhi xəstə dərmandan zəhərlənib.

Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında Yeni Zuvand kəndində baş verib.

Kənd sakini olan 39 yaşlı Anar Alışan oğlu Əlinağıyev özünü öldürmək üçün yaşadığı evdə əlinə keçən çoxlu sayda dərman həbləri qəbul edib. Nəticədə onun vəziyyəti pisləşib. Anar Əlinağıyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook