Azərbaycanda maşın qatara çırpıldı: xəsarət alanlar var

Azərbaycan Dəmir Yollarına məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.

Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Share on Facebook