Azərbaycanda hərbçi yol qəzasında öldü

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az Unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşını toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Ceyhun Ağazadə və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Faxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook