10:13
Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, Ş.Məmmədovanın vəziyyəti ağır qiymətlindirilir.
Bildirilib ki, 16 dekabr saat 20:30-da zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasiyentin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oxu.az-ın məlumatına görə, dəm qazından zəhərlənərək həyatını itirən Bakır Məmmədovun Bünyadlı kənd mədəniyyət evinin müdiri imiş.