Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı avtoqəza nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşılarından biri yaralanıb, digəri ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
10:10
Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.
Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını avtomobil vurub.
Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
