2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana 192 milyon 63,25 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% və ya 28 milyon 693 min dollar çoxdur. Ötən ilin yanvar-mart aylarında Azərbaycana 163 milyon 369,57 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 4,77%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,58%-nə bərabər olub.
Xatırladaq ki, Azərbaycan cari ilin ilk 3 ayında 11 milyon 991,42 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 32,7 dəfə çoxdur. 2022-ci ilin yanvar-mart aylarında ölkədən 366,38 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edilib.