Azərbaycanlılar artıq 11 post yerləşdiriblər.
Sozcu.az xəbər verir ki, bu barədə Aravusun keçmiş inzibati rəhbəri Arqam Ovsepyan erməni mediasına müsahibəsində deyib.
Erməni mediası yazır ki, ötən həftə Paşinyan hökumətin iclasında ermənilərin mövqelərində heç bir dəyişiklik olmadığını, yalnız Ermənistan-Qarabağ marşrutunun dəyişdirildiyini bildirib.
Elə həmin gün MTX bunu təkzib edərək bildirib: “Bəzi yerlərdə Azərbaycan tərəfi mövqelərini bərkidib və mühəndis işləri aparıb. Ermənistan tərəfinin hesablamalarına görə, beş belə məntəqə var ki, orada Azərbaycan tərəfi sərhəddən 100-300 metr aralıda yerləşir”.
Arqam Ovsepyan isə bu məlumatlara çaş-baş qaldığını vurğulayıb.
“Azərbaycanlılar artıq 11-ci postu quraşdırıblar. Onların müqavimətsiz 60 hektardan çox torpaqları var. Dünən öyrəndik ki, Teğ kəndi ərazisində bir neçə polis postu quraşdırılıb və onlar heç kəsi Azərbaycan Ordusunun nəzarətinə keçmiş ərazilərə buraxmırlar”, – deyə Ovsepyan qeyd edib.
P.S. Azərbaycan Ordusunun irəlilədiyi hər bir qarış Azərbaycan torpağıdır. Heç kimin torpağında bizim gözümüz yoxdur, sadəcə bizə məxsus olanı götürürük.konkret