Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir.
Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld özünün Tvitter paylaşımında qeyd edib.
Səfir bunun yolverilməz olduğunu vurğulayıb:
“Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.