Azər Baxşəliyev vəfat etdi - Xəstəxana təsdiqlədi

15:51

Aktyor Azər Baxşəliyev vəfat edib.

Sozcu.az xəbər verir ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

1985-ci il təvəllüdlü aktyor uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

***

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:

"Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub".

***

Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.

Bu barədə ATU-dan məlumat verilib.

Share on Facebook