"Onun yanına ürəkdən getmədim. İnsanın zəng vurub təkidlə ağlamağı və arvadımın "onun heç kimi yoxdur" deməyinə görə getdim".
Sozcu.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü" verilişində deyib.
O, keçmiş arvadı illərlə qalmaqal yaşadığı və hazırda həbsxanada olan Təranə Səmədovanın yanına getməsindən danışıb: vakansiyalar
"Təranənin yanına getdiyimi paylaşıram. Çünki Təranə elə adamdır ki, sabah çıxanda hər şey gözünün qabağında olsun. Heç olmasa düşünsün ki, onu vurdum, pisliklər etdim, evini yıxdım, cadu etdim, amma mənə yaxşılıq etdi. Həbsdən çıxandan sonra mənə pislik etməsin. Onu alıb xanım etmişəm. Məndən boşanandan sonra ailə qurardı, axmaq mən oldum. Sevmədim, ona öyrəşdim. Təranə qəlbimin divarını, damını dağıdan da heç nə düşünmədi. Dedi, Kərimi məhv etməliyəm. Məni Təranə o qədər vurdu ki... Həbsə girənə kimi vurdu məni. Allaha əlimi açdım və dedim ki, elə et Təranəni mənə möhtac olsun. Etdi də".