“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O, bildirib ki, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb:
“Bizim ölkəmizə idxal olunan hibrid avtomobillər müxtəlif ölkələrdən gətirilir. Əgər əvvəllər Yaponiya, Cənubi Koreya və Avropa ölkələri üstünlük təşkil edirdisə, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb. Çində bu növ avtomobillərə dövlət subsidiyasının olmasını nəzərə alaraq, qeyd edə bilərik ki, Çindən gətirilən avtomobillərin qiyməti bir qədər ucuzdur. Həmçinin Çindən gətirilən hibrid avtomobillərin bir qismi Avropa üçün nəzərdə tutulmayıb, Çində istismar olunmaq üçün nəzərdə tutulub. Belə avtomobillərin qiyməti də istehsalçı zəmanəti olan avtomobillərdən fərqlənir”. pizza
Ekspert vurğulayıb ki, Çindən gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur:
“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir. Yalnız Çinin daxili bazarında istismar olunmaq üçün istehsal edilib”.
Qeyd edək ki, ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi. Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb. Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.