Türkiyənin Amasya vilayətində avtomobilin baryerə çırpılması nəticəsində 4 nəfər yaralanıb.
Sozcu.az xəbər verir ki, qəzaya səbəb sürətlə hərəkət edən avtomobilin idarəetmədən çıxması olub.
Nəticədə eyni ailənin 4 üzvü ciddi şəkildə yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.
Əraziyə gələn xilasetmə qrupları yaralıları dərhal xəstəxanaya yerləşdirib.
Araşdırmalar davam etdirilir.