Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir.
Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb.
"İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev (Prezidentin köməkçisi-red) ilə səmərəli görüş keçirib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.