"Atletiko"nun futbolçusu: "Barselona"ya keçmək istəyirəm"

"Atletiko"nun hücumçusu Joao Feliks arzusunun "Barselona"da oynamaq olduğunu açıqlayıb.

Sozcu.az jurnalist Fabrizio Romano "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu deyib:

"Mən "Barselona"da oynamaq istərdim. "Barselona" həmişə ilk seçimim olub və mən bu kluba keçmək istərdim. Bu, mənim uşaqlıqdan bəri həmişə arzum olub. Transfer reallaşsa, mənim üçün bu, gerçəkləşən bir yuxu olacaq".

Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısı icarə əsasında "Çelsi"də oynayıb.

Share on Facebook