Bakıda balta ilə ata-anasını və azyaşlı qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs digər ailə üzvlərini də öldürüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli qətli törətməkdə şübhəli bilinən Əhməd Əhmədov həmçinin, bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun qızını da öldürüb.
Qeyd edək ki, sabiq məmur övladı olan 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.