Arutyunyan elan etdi: Ağdam-Xankəndi yolu açılır

Qarabağ separatçılarının lideri Araik Arutyunyan dünən “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını bəyan edib. İclasda keçmiş “tş katibi” Samvel Babayan da iştirak edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, separatçıbaşı bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib:

“Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan gələcək, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizilə gətiriləcək. Lakin bu o demək deyil ki, Laçın yolu tam işlək qalacaq. Yol Qarabağ sakinləri üçün məhdud olacaq”.

Qeyd olunub ki, Arutyunyan növbəti mərhələdə Azərbaycan tərəfdən gələcək qaz və elektrik enerjisinin tədarükü məsələsinin müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib.

Share on Facebook