“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq”.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”, - baş nazir qeyd edib.
Paşinyanın fikrincə, iki ölkə arasında əldə edilmiş sülhün qayğıya ehtiyacı var:
“Hətta 50 ildir mövcud olan sülh də institutsionallaşmaya ehtiyac duyur. Çünki sülhün institusionallaşdırılması ilə məşğul olmasanız, sülh deinstitusionallaşdırılır, yəni aradan qalxır”.