"Arsenal"dan transferlərə 200 milyon avro

"Arsenal" bu yay böyük transferlərə hazırlaşır. 

Sozcu.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilib ki, London təmsilçisi heyəti gücləndirmək üçün 200 milyon avrodan çox pul ayırıb. "Arsenal"ın əsas hədəfləri Deklan Rays ("Vest Hem") və Moyzes Kaysedodur ("Brayton").

Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında 81 xalla 2-ci pillədə qərarlaşıb.

Share on Facebook